Bankların filiallarının, şöbələrinin və ya nümayəndəliklərinin adında bank sözü hüquqi bağlılıq və mənsubiyyət mənasında göstərilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.

Bank lisenziyası ləğv olunmuş bankların adına “ləğv prosesində olan” sözləri əlavə edilir. Bankın adında “Azərbaycan Respublikası”, “dövlət”, “milli” sözlərindən istifadə edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.