Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycana səfər edəcək.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.
Səfər 28 May Müstəqillik Günü çərçivəsində baş tutacaq.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.
Bundan əlavə, Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə”sinin 2-ci Toplantısı keçiriləcək.
Ərdoğan səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.