İran Prezidenti Məsud Pezeşkiyanın İrəvana səfəri planlaşdırılır.

Heftelik.az-ın məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

Ötən həftə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfər etdiyini xatırladan nazir müavini bu həftə Ermənistana 5 rəsmi nümayəndə heyətinin səfər edəcəyini nəzərə çatdırıb: “Hazırda dövlət başçıının İrəvana səfərini planlaşdırırıq. Siyasi məsləhətləşmələr gedir. İki ölkə arasında iqtisadi əlaqələr çox yüksək səviyyədədir. Yaxın gələcəkdə, daşımalarda sıfır faiz tətbiq edildikdə iqtisadi əməkdaşlıq sürətlə inkişaf edəcək”.