Postlar üzrə QADAĞALAR

27 May 2025, 01:07

MSY-nin növbətçisinə xidməti tərk etmək yalnız MSY rəisinin icazəsi ilə mümkündür.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Fövqəladə hallar istisna olmaqla, növbətçi müəyyən edilmiş postların sayını azaltmaq və onların yerini dəyişdirmək hüququna malik deyil. Növbətçi, həmçinin xidmətini tərk etmək və ya naryadın heyətindən əməkdaşı xidmətdən azad etmək hüququna da malik deyil. Bu, xidmətin davamlılığını təmin etmək və təhlükəsizlik tədbirlərinin pozulmasının qarşısını almaq məqsədini güdür.