Növbətçi, saxlanılan şəxslərin sənədlərini yoxlamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Yoxlama zamanı şəxsin adı, soyadı və atasının adı düzgün yazılmalıdır. Saxlanılma səbəbini təsdiq edən sənədlər və tutma protokolu müvafiq qaydalara uyğun olmalıdır. Həmçinin, həbs müddətinin qanunla müəyyən olunmuş müddətə uyğun olması yoxlanılır. Bu yoxlama zamanı sənədi tərtib etmiş şəxsin imzası və möhürünün olması vacibdir. Növbətçi, saxlanılan şəxslərlə bağlı bütün sənədlərin düzgünlüyünü yoxlayır. Kameraların açarları, qandallar və digər texniki vasitələr də yoxlanır. Bütün bu proseslər “Müvəqqəti saxlama yeri üzrə növbətçiliyin təhvil-təslim kitabı”nda qeyd edilir.