Tutulmuş şəxslər xüsusi təchiz edilmiş avtomobillərlə aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Avtomobildə müşayiət dəstəsinin rəisi də iştirak edir. Mühafizə qrupu minimum üç nəfərdən ibarət olur. Xüsusi nəqliyyat vasitələri polis nəzarətində saxlanılır. Hava limanları və digər nəqliyyat məntəqələrində əlavə tədbirlər görülür. Avtomobillər təhlükəsizlik standartlarına uyğun təchiz olunur. Fövqəladə hallar baş verdikdə alternativ nəqliyyatdan istifadə edilir. Sərnişinlərin çox olduğu yerlərdə piyada müşayiət qadağandır.