Muay-Tay Federasiyasının sədri Araz Musayev Antalyada bıçaqlanıb.
Heftelik.az-ın xəbərinə görə, Araz Musayev bu barədə bu gün səhər saatlarında “WhatsApp” platformasında paylaşım edib.
Muay-Tay Federasiyasının sədri paylaşdığı statuslarda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu ittiham edib. Araz Musayev bildirib ki, Elnur Məmmədov muay-tay idmançılarının qarşısını almaq istəyir. Hətta Araz Musayev onu da qeyd edib ki, Elnur Məmmədov onun üzərinə bir qrup şəxs yollayıb.