Türkiyənin Antalya şəhərində iki qrup arasında çıxan münaqişə zamanı iki dəfə bıçaqlanan Muay Tay Federasiyasının prezidenti Araz Musayev əməliyyat olunacaq.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı qaçmağa çalışan 2 Azərbaycan vətəndaşı Antalya hava limanında saxlanılıb.

***

saat 21.38

Türkiyədə Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin bıçaqlanması ilə əlaqədar saxlanılanlar var.

Heftelik.az-ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən iki nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, APA hadisənin iki qrup arasında çıxan münaqişə nəticəsində baş verdiyi məlumat yayıb.  Araz Musayev boyun nahiyəsindən bıçaq zərbəsi alıb.

Araz Musayev Antalyada Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib, vəziyyətinin qənaətbəxs olduğu bildirilir.