Neftçala sakini evində yanaraq ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə Neftçala rayonunun Xolqaraqaşlı kəndində Əzizov Bəylər Xurşid oğluna məxsus evdə qeydə alınıb.

Fərdi yaşayış evində baş verən yanğında mənzil sakini 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.

Yanğın FHN tərəfindən söndürülüb.

İlkin ehtimala görə, tezalışan kimyəvi tikinti materialı partlayışa və yanğına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.