ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində 56 yaşlı müstəqil yazıçı Metyu Kelemenin cəsədi tapılıb.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, cəsədin qalıqları şəhərin mərkəzindəki biznes mərkəzinin zibil qutularında aşkarlanıb.
Cəsədin qalıqları mayın 20-də şəhər sakinlərinin konteynerdən “pis qoxu” gəldiyini bildirdikdən sonra tapılıb. Kelemenin 63 yaşlı qonşusu onu öldürməkdə şübhəli bilinir. Şübhəlinin özünün də yol polisinin iştirak etdiyi təqib zamanı qəza nəticəsində öldüyü bildirilir.
Polis təqibin yazıçının ölümü ilə bağlı aparılan istintaqla bağlı olmadığını bildirib. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını açıqlamayıb.