Azərbaycanın regionda sülhün memarı olaraq önə çıxdığını görürük.

Heftelik.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

Türkiyə Prezidenti bildirib ki, illər boyu çəkilən iztirabların bir daha təkrarlanmamasına və Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın və rifahın bərqərar olmasına böyük əhəmiyyət verirlər:

“Azərbaycan və Ermənistan arasında atılan addımları məmnuniyyətlə qarşılayırıq. Biz sülh sazişinin mətni üzrə razılaşmanı sabitliyə gedən yolda mühüm hadisə kimi qiymətləndiririk. Bu prosesin ən qısa zamanda başa çatmasını istəyirik. Müharibənin qalibi olan Can Azərbaycan regionda sülhün memarı oldu”.