Bu il, yəni 2025-2026-cı tədris ili üzrə V və VI siniflər üzrə də lisey və gimnaziyalara qəbula qadağa ləğv edilib, qərar dəyişib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Qeyd edilib ki, 025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.

Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək.

Bildirilib ki, , 2026-2027-ci tədris ilindən etibarən lisey və gimnaziyalara qəbul yalnız 7-ci siniflər üzrə həyata keçiriləcək.

Xatırlada ki, bundan öncə  bu il ilk dəfə lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinifdən aparılacağı açıqlanmışdı. Əvvəlki illərdə qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəkdilər. Qaydaların belə ani dəyişməsi valideynlərin narazılığına səbəb olmuşdu. Mayın 27-də Təhsil İnstitutu belə qərarın qəbulunun zəruriliyini əsaslandırmağa yönəlik açıqlama yaymışdı.

 

Lisey və gimnaziyalara qəbulun VI siniflə məhdudlaşdırılmasına aydınlıq gətirildi