
Mərkəzi Bank xarici bankların və xarici bank holdinq şirkətlərinin yerli törəmə banklarının, filiallarının və nümayəndəliklərinin, habelə yerli bankların xarici filiallarının və nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsini və onlara nəzarəti həyata keçirdikdə müvafiq xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə qarşılıqlılıq əsasında və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayaraq (o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq) öz nəzarət funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatı alır. Mərkəzi Bank xarici bank tənzimlənməsi və nəzarəti orqanları ilə məlumat mübadiləsini bu məlumatın məxfiliyini təmin etməklə həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu məqsədlə Mərkəzi Bank xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə əməkdaşlıq haqqında sazişlər bağlaya bilər.
