Prezident təqaüdçüsü, Əməkdar mühəndis Əliş İsmayılov 94 yaşında vəfat edib.

Heftelik.az xəbər verir ki, Əliş İsmayılov Şağan qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Əliş İsmayılov 11 fevral 1931-ci ildə Salyan rayonunda anadan olub. O, uzun müddət Azərbaycanın qaz təsərrüfatında rəhbər vəzifələrdə işləyib və Azərbaycan Respublikasının Prezidentinin 19 sentyabr 2011-ci il Sərəncamı ilə “Azərbaycanın neft sənayesində səmərəli fəaliyyətinə görə” fərdi təqaüdə layiq görülüb.