Lənkəranda “Kaspi Kids” uşaq bağçasında azyaşlıya zorakılıq edən tərbiyəçi işdən çıxarılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-ya  bağçanın təsisçisi Murad İbrahimov məlumat verib.

O bildirib ki, yayılan görüntülərdən dərhal sonra lazımi tədbirlər görülüb, həmin tərbiyəçi-müəllimin əmək müqaviləsinə xitam verilib.

***
saat 11.06
Lənkəranda yerləşən “Kaspi Kids” uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.
Görüntüdə müəllim uşağı qəfil yerindən qaldırır, digər azyaşlını su qabını əlində tutmağa məcbur edir. Ardından məhz onun əli ilə uşağın başına zərbə endirir.
Heftelik.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundanbildirilib ki, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
“Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur”, – məlumatda deyilir.