Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, mayın 5-i Kürdəmir şəhəri Şəhriyar küçəsində yaşayan 1967-ci il təvəllüdlü Elman Məmmədov idarə etdiyi “Ford” markalı avtomobildən düşərkən yıxılıb. O, boyun nahiyəsində sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, E.Məmmədov mayın 28-i xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.