Silah və sursat, polis orqanının rəis müavini tərəfindən təqdim edilən müvafiq əvəzedici kartoçkaya əsasən verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Hər bir tapança və avtomat döyüş patronları ilə dolu iki daraqla təmin olunur. Silahların doldurulması xüsusi ayrılmış, yaxşı işıqlandırılmış yerlərdə növbətçinin nəzarəti altında həyata keçirilir. Silah və sursatın yoxlanması və təhvil verilməsi xidmət bitdikdən dərhal sonra həyata keçirilir. Silahların doldurulması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunur. Tapança və avtomatlar patronla təchiz edilmiş daraqla doldurulur. Doldurma zamanı çaxmaq geri çəkilmir və süngü-bıçaq verilmir. Silahlar qoruyucuya qoyulur.