Fiziki qüvvə və silah yalnız zərurət halında tətbiq edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Mühafizəçilər və polis əməkdaşları, başqa təsir vasitələri effektiv olmadığı halda fiziki qüvvə tətbiq edirlər. Tətbiq olunan vasitələr, hüquq pozuntusunun ağırlığına və həmin şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Tətbiq edilən vasitə müvafiq təhlükəyə mütənasib olmalıdır. Hər bir müdaxilənin zərəri mümkün qədər minimuma endirilməlidir. Həbs olunan şəxslərə qarşı tətbiq edilən fiziki qüvvə və silahın mütənasibliyinə ciddi riayət olunmalıdır. Şifahi xəbərdarlıq edilmədən və ya atəş açılmadan əvvəl diqqətli yanaşma tələb olunur. Bütün müdaxilələr zərurət olduğu halda həyata keçirilməlidir.