Cəlilabadda qətl hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Cəlilabad sakini 1988-ci il təvəllüdlü Bəhruz Ədalət oğlu Hüseynov rayonun Kirovka deyilən ərazisində, evinin giriş qapısında bıcaqlanaraq qətlə yetirilib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Cəlilabadda qətl hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Həmin cinayət əməlini törətməkdə ittiham olunan 2006-cı il təvəllüdlü Orxan Əkbərov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırmalar aparılır.