Fövqəladə hallar zamanı alternativ nəqliyyat vasitələrindən istifadə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Avtomobil istifadəsi mümkün olmadıqda hava və dəniz nəqliyyatı tətbiq edilir. Bunun üçün aidiyyəti orqan rəhbərlərinin icazəsi tələb olunur. Həbs edilmiş şəxslər qatar, gəmi və təyyarə ilə də daşına bilər. Xüsusi icazə olmadan minik avtomobilində yalnız bir nəfər müşayiət edilə bilər. Avtomobildə müşayiət olunan şəxs qandal vurularaq oturur. Avtomobilin pəncərələri bağlı vəziyyətdə olmalıdır. Bütün təhlükəsizlik tədbirləri əvvəlcədən planlaşdırılır.