Şəhadətnamə üçün müraciət edən şəxs əvvəllər tibbi qiymətləndirmə keçibsə, bu barədə məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda əksini tapıb.
Ərizəçi əvvəlki qiymətləndirmənin tarixini, yerini və nəticəsini bəyannamədə göstərməlidir. Həmçinin, şəxsin tibbi qiymətləndirməni keçmədiyi və ya imtina etdiyi hallar barədə məlumat təqdim etməsi tələb olunur. Tibbi qiymətləndirmə prosesi, aviasiya tibb eksperti tərəfindən yoxlanılır. Əgər tibbi qiymətləndirmə əvvəlki qiymətləndirmənin nəticələrinə əsaslanırsa, ekspert qiymətləndirməni uyğun olaraq yenidən dəyərləndirir. Tibbi qiymətləndirmənin nəticəsi, aviasiya tibb eksperti tərəfindən hesabat şəklində təqdim edilir. Bu hesabatlar Agentliyə göndərilməlidir. Ərizəçinin tibbi yararlılığı ilə bağlı məlumatlar təhlil edilərək, müvafiq qərar verilir. İmtina və ya dayandırma hallarına dair məlumatlar da tibb eksperti tərəfindən nəzərdən keçirilir.