Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsi üçün təyin edilmiş polis əməkdaşları, sıraya düzülməzdən əvvəl 15 dəqiqə əvvəl polis orqanına gəlirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Bu barədə növbətçiyə qabaqcadan məruzə olunur. Polis əməkdaşları müəyyən edilmiş geyim formasında və lazımi ləvazimatlarla təmin olunmalıdır. Onların üzərində xidməti vəsiqə, yazı kitabçası, qələm və fıştırıq olmalıdır. Növbətçi polis əməkdaşlarının gəlməsi barədə “Müvəqqəti saxlama yerlərində xidmətə çıxan naryadların post cədvəli kitabı”nda qeyd aparır. Onlara silah, sursat, texniki vasitə və lazımi sənədlər verilir. Naryadın heyətinə törədilmiş cinayətlər və axtarılan şəxslər barədə məlumat verilir. Silahların doldurulmasını və boşaldılmasını təşkil edir.