Mərkəzi Bank baxılmaq üçün ona təqdim edilmiş ilkin müraciətdə və ya müraciətə əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə müraciət edənlərə 15 təqvim günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.

Həmin müddətdə Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.