Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini və katiblərinə diplomatik pasport verilə bilər.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, ötən iclasda həmkarı Fazil Mustafa MSK-nın sədr müavinini və katiblərinə diplomatik pasport verilməsini təklif edib.

Əli Hüseynli qeyd edib ki, bu təklif əsaslandırılıb: “Bunu qanunvericilik təşəbbüsü qurumu ilə məsləhətləşəcəyik”.

Qeyd edək ki, ötən plenar iclasda parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa MSK-nın sədr müavini və katiblərə diplomatik pasportlar verilməsini təklif edib.