Növbətçi kameraları və MSY-nin xidməti otaqlarını yoxlamaqla vəzifəlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Yoxlama zamanı avadanlıqların işlək vəziyyətdə olması, rabitə və siqnalizasiya vasitələrinin doğru işləməsi vacibdir. Kameralarda saxlanılan şəxslərin sayı və onların sənədləri də mütləq yoxlanmalıdır. Saxlanılan şəxslərin sağlamlıq vəziyyətini də diqqətə alır və hər hansı şübhə yaranarsa müvafiq tədbir görülməlidir. Kamerada saxlanılan şəxslərin şəxsi axtarışı aparılır. Həmçinin, kameraların sanitar şəraiti və gigiyenası da yoxlanılır. Gündəlik yoxlamalar, MSY-də təhlükəsizliyin təmin edilməsini və qeyri-adi halların qarşısını almağa kömək edir. Bütün bunlar növbətçinin əsas vəzifələri sırasına daxildir.