MSY əməkdaşları kütləvi iğtişaşlar və ya fövqəladə hadisələr zamanı xüsusi plan əsasında fəaliyyət göstərməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Belə hallarda ehtiyat naryadlar işə salınmalı və təhlükəsizlik tədbirləri artırılmalıdır. Qaçış təhlükəsi olan şəxslərə nəzarət gücləndirilməlidir. Polis qüvvələrinin sayı artırılmalı və buraxılış rejimi sərtləşdirilməlidir. Şübhəli şəxslərin əşyaları yoxlanılmalı və onların müşahidəsi artırılmalıdır. Kameralar və binanın digər hissələri mütəmadi müayinə edilməlidir. Mühafizəçilərin sayı artırılaraq daxili və xarici postlar gücləndirilməlidir. İğtişaşların yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər görülməlidir.