Lənkəranda cinayət əməli törətməkdə şübhəli bilinən şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Lənkəran rayonunun Vilvan kəndində cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

O, 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevi öldürməkdə şübhəli bilinir.

Qeyd edək ki, Vəliağa Səbziyevin Elşən Hüseynzadənin əmisi olduğu bildirilib.

***

saat 09.10

Lənkəranda qətl hadisəsi baş verib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hadisə Vilvan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb.

Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Gecə olsa da, onun sahədən qayıtmadığını görən yaxınları axtarış zamanı V.Səbziyevin meyitini sahədə yol üstündə aşkarlayıb.

Kəsici-deşici alətlə öldürülən V. Səbziyevin qətlinin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.

Faktla bağlı rayon prokrorluğunda  araşdırma başlanılıb.