Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün yaz sessiyası çərçivəsində son iclasında parlamentin sədri Sahibə Qafarova bildirib.
Spiker deyib ki, Milli Məclisin iyunda növbədənkənar sessiyası keçiriləcək: “85 deputat növbədənkənar sessiyanın çağırılması üçün müraciət edib”.