Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət xidmətinə yüksək səviyyədə nəzarət edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Xidmətin effektivliyini artırmaq üçün daxili yoxlamalar həyata keçirilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Naxçıvan MR-in DİN və digər əlaqəli orqanlar müntəzəm olaraq yoxlama keçirir. Həmçinin, idarə və şöbə rəisləri həftədə ən azı bir dəfə mühafizə və müşayiət xidmətlərini yoxlamalıdır. Yoxlama, xidmətin düzgün təşkilini və qanunçuluğa riayət edilməsini təmin etmək məqsədi güdür. Müşayiət marşrutları və saxlanılma yerləri də mütəmadi yoxlanılmalıdır. Rəis müavinləri isə həftədə ən azı üç dəfə yoxlamalar aparmalıdırlar. Bu yoxlamalar nəticəsində nöqsanlar aşkar edildikdə, dərhal tədbirlər görülür.