Narkotik ittihamı ilə həbs edilən Emin Abdullayev də azadlığa buraxılıb.

Heftelik.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar verib.

***

saat 15.35

Narkotik ittihamı ilə həbs edilən “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadə və “Tosu” ləqəbli tiktoker Məhərrəm Həsənov və  barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.

Heftelik.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerlərin vəkilləri tərəfindən verilən şikayət təmin edlib.

İki tiktoker barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və onlar  məhkəmə zalından azadlığa buraxılıb.

Məhərrəm Həsənov və Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddənin sanksiya həddi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzasıdır.