1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İctimai Televiziya və Radio Yayımları Şirkətində bayram tədbiri keçirildi.
Heftelik.az xəbər verir ki, 31 may 2025-ci il tarixində İctimai TV-nin həyətində baş tutan tədbirdə əməkdaşların 4-14 yaş arası övladları iştirak etdilər. Rəngarəng oyunlar, maraqlı səhnəciklər, şən musiqilər və sürprizlərlə zəngin proqram uşaqların sevincinə səbəb oldu. Tədbirdə balacalara xüsusi hədiyyələr təqdim olundu, müxtəlif əyləncə guşələri quruldu və animatorların iştirakı ilə interaktiv fəaliyyətlər təşkil edildi.
4-8 yaş arası uşaqlar tədbirə valideyn müşayiəti ilə qatıldılar, bu isə ailələr üçün də əsl bayram ab-havası yaratdı.
Bu gün bir daha vurğulandı ki, uşaqlar bizim gələcəyimizdir və onların rifahı üçün atılan hər bir addım cəmiyyətin sabahı naminə edilən ən dəyərli sərmayədir.