
Heftelik.az xəbər verir, iOS 15.1 və Android 5.1, yaxud ondan daha köhnə versiyalarla işləyən cihazlarda istifadəçilər artıq “WhatsApp” istifadə edə bilməyəcəklər.
Qərar “iPhone 5s”, “iPhone 6” və “iPhone 6 Plus” modellərini, həmçinin yüzlərlə “Android” telefonunu əhatə edir.
Bununla belə, “iPhone 6s”, “6s Plus” və SE (1-ci nəsil) istifadəçiləri əgər cihazlarını “iOS 15.8.4″ə yeniləyiblərsə, mesencerdən istifadəni davam etdirə biləcəklər.
Şirkət istifadəçilərə, imkan daxilində, əməliyyat sistemlərini yeniləməyi, mümkün olmadığı təqdirdə isə daha müasir cihazlara keçməyi tövsiyə edib.