Bakının Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Vəliyeva Ləman Mehman qızı kirayə yaşadığı mənzildə aldığı xəsarətlərdən vəfat edib.

Onu döyərək öldürməkdə şübhəli bilinən əri 1991-ci il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin mübahisə zəminində törədildiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.