Fransanın PSJ komandası UEFA Çempionlar Liqasının finalında İtaliya təmsilçisi “İnter”i darmadağın edərək Avropanın ali klub turnirinin qalibi olub.

Heftelik.az-ın məlumatına görə, “Münhen Arena”da baş tutan matçda PSJ-nin heyətində Əşrəf Hakimi (12), Dezire Due (20, 60), Xviça Kvaratsxeliya (73), Senni Meyulyu (86) fərqləniblər – 5:0.

Beləliklə, “qırmızı-mavilər” tarixlərində ilk dəfə Çempionlar Liqasının qalibi olublar.