İtaliyanın cənubundakı Etna vulkanı püskürməyə başlayıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə İtaliya Geofizika və Vulkan İnstitutu məlumat yayıb.
Etna vulkanının cənub-şərqindəki 2900 metr yüksəklikdəki kraterin bir bölümündə meydana gələn çökmə nəticəsində vulkanik partlayış baş verib. Kraterdən havaya güclü şəkildə kül püskürülməsi və lava axını müşahidə olunub. Kül buludunun hündürlüyü 5 km-ə qədər yüksəlib. Axan lava isə Aslan vadisinin sərhədinə qədər gəlib.
Dünən gecədən indiyə qədər vulkanik sarsıntılar da davam edir.
Vulkan püskürməsindən sonra Etna vulkanı ətrafındakı ərazilərdə olan turistlərin qaçdıqları da müşahidə olunur.