Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində məhkum ölüb.

Heftelik.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun 02.06.2025-ci il tarixdə aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

1 iyun saat 22.33

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuş, nəticədə bir nəfər məhkum xəsarət almışdır.

Heftelik.az xəbər verir ki, bu haqda APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.