Bankın İdarə Heyətinin üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin rəhbəri, bank filialının, şöbəsinin rəhbəri, eləcə də xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün – başqa banklarda, xarici bankların yerli filiallarında, digər hüquqi şəxslərdə, o cümlədən banka aidiyyəti olan hüquqi şəxslərdə vəzifə tutan şəxslər (bankın payçı olduğu digər banklarda və hüquqi şəxslərdə Müşahidə Şurasının üzvü olması halları istisna olmaqla), bankın inzibatçısı ilə qohumluq münasibətlərində olan şəxs – onun əri/arvadı, valideyni, o cümlədən ərinin/arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı (bank şöbəsinin inzibatçıları istisna olmaqla) və dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla) bankların, onların filiallarının, şöbələrinin və xarici bankların yerli filiallarının inzibatçısı ola bilməzlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.