Xaçmaz rayonunda 2 il öncə baş verən cinayətin üstü açılıb.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, görmə əngəlli 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Ötən dövr ərzində itkin düşən qadının axtarışları aparılıb. Bu günlərdə həmin şəxsin öldürülərək basdırıldığı məlum olub.
Xaçmazda 2 il öncə görmə əngəlli qadını öldürənin kimliyi də artıq məlum olub. 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, görmə əngəlli 59 yaşlı Gülxar Cahangirovanın Rəhmətov Xəqani Vahid oğlu tərəfindən öldürülərək Xaspoladoba kəndi yaxınlığında meşədə başdırıldığı müəyyənləşib. Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.