Mərkəzi Bankın ilkin müraciətə müsbət baxılması haqqında qərarında nələri göstərdiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.

Mərkəzi Bankın ilkin müraciətə müsbət baxılması haqqında qərarında aşağıdakılar göstərilir:

– bankın biznes-planı və təqdim edilmiş sənədlərdə göstərilən bank fəaliyyəti növlərini nəzərə almaqla ödənilməli olan ilkin nizamnamə kapitalının minimum miqdarı.

– bank lisenziyasına daxil edilən bütün məhdudiyyətlər və bunun əsaslandırılması;

– ərizəçilərin bank lisenziyası verilənədək yerinə yetirməli olduqları şərtlər və onlara dair tədbirlər.