Mingəçevirdə avtomobil iki piyadanı vurub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  “KİA” markalı minik maşını 2008-ci il təvəllüdlü  Ədalət Nəzirlini və onun həmyaşıdı Murad Məmmədlini vurub.

Hadisə nəticəsində xəsarət alan yeniyetmələr xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, iyunun 2-də saat 13:50 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2008-ci il təvəllüdlü şəxsə sağ diz oynağının qapalı travması, digər 2008-ci il təvəllüdlü şəxsə isə burun nahiyəsinin əzilmiş yarası, bədənin çoxsaylı sıyrılmış yarası diaqnozları təyin edilib.

Hazırda hər birinin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.