MSY-nin rəhbərliyi yanğın təhlükəsizliyinə ciddi nəzarət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Mühafizə dəstələri yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarını bilməlidir. Hər hansı nasaz elektrik və istilik qurğularından istifadə qadağandır. Yanğın baş verdikdə, dərhal həyəcan siqnalı verilməli və yanğınsöndürmə briqadası çağırılmalıdır. Mühafizəçilər yanğını söndürmək üçün lazımi tədbirləri görməlidir. MSY rəhbərliyi sənədlərin və qiymətli əşyaların xilas olunmasını təşkil etməlidir. Yanğının səbəbləri araşdırılmalı və müvafiq hesabat hazırlanmalıdır. Polis orqanlarının rəhbərliyi hadisə ilə bağlı operativ qərarlar qəbul etməlidir.