Hazırda icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhenin gələcəyinə aydınlıq gəlib.

Heftelik.az-ın Apasport-a istinadən verdiyi məlumata görə, nigeriyalı forvard “Əl-Hilal”a transfer olmağa çox yaxındır.

Artıq Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu ilə şifahi razılığa gəlib. Tərəflər arasında 3 illik müqavilənin imzalanması gözlənilir.

“Əl-Hilal” bu transferi Klublararası Dünya Çempionatının ilk turunda “Real Madrid”lə qarşılaşacaqları oyundan əvvəl yekunlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində keçirdiyi 41 rəsmi oyunda 37 qol vurub, 8 məhsuldar ötürmə verib.