Postlarda MƏHDUDİYYƏTLƏR

02 İyun 2025, 01:07

Kamera qapıları və MSY-nin ərazisində qoyulmuş postlarda xidmət edən şəxslərə müəyyən qadağalar tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.

Bu şəxslər, postu icazəsiz tərk edə bilməzlər, qida qəbul etmək, kitab oxumaq və ya kamerada saxlanılan şəxslərlə söhbət etmək qadağandır. Həmçinin, onlar heç bir əşya verməməli və ya qəbul etməməlidirlər. Kameraların və postların təhlükəsizliyini qorumaq məqsədilə, bu qadağaların yerinə yetirilməsi mütləqdir.