
Heftelik.az-ın xəbərinə görə, “Azercell Telekom”-un media qurumlarına göndərdiyi bəraət xarakterli materialda qeyd edilir ki, abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə – misal üçün, 2 AZN – tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq. Bu, təqdim olunan danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçün imkan yaradacaq.
Bildirilir ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansa yüklənən məbləğə əsasən müəyyən edilirdi. Müddət bitdikdə balansda istifadə olunmamış resurslar mövcud olsa belə, xidmətlər dayandırılırdı. Məsələn, “Azercellim” və ya “Bölgə” tariflərinə qoşulmuş istifadəçi 2 AZN yüklədikdə nömrə yalnız 10 gün açıq qalırdı. Bu isə istifadə olunmamış internet və danışıq resurslarından yararlanmağa imkan vermirdi.
Yeni mexanizm bu məhdudiyyəti aradan qaldıraraq istifadəçilərə daha çevik və müştəri yönümlü təcrübə təqdim edir.
Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunur. Artıq balansa yükləmə məbləğdən asılı olmayaraq, sadəcə tarif ödənişi etməklə nömrəni tarif müddəti ərzində aktiv saxlamaq mümkün olacaq.
“Azercell”-dən fakturasız xətt istifadəçilərinə arzuolunmaz sürpriz