Tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizəsinə nəzarət sistemi daim təkmilləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Bu prosesin forma və metodları müasir tələblərə uyğunlaşdırılmalıdır. MSY, məhkəmə binaları və xüsusi təyinatlı avtomobillər mütəmadi müayinədən keçirilməlidir. Aşkarlanmış nöqsanların vaxtında aradan qaldırılması təmin olunmalıdır. Xidmət keçən heyətin fiziki hazırlığı və təlimi təşkil edilməlidir. Mühafizəçilər həbs edilmiş şəxslər barədə məlumatlandırılmalıdır. Müşayiət zamanı təhlükəsizlik tədbirləri nəzərdən keçirilməlidir. Polis orqanları və digər xidmətlər arasında əməkdaşlıq təmin edilməlidir.