Tutulmuş şəxslərin həbsxana əməkdaşlarına basqın etməsi hallarında xüsusi təhlükəsizlik tədbirləri həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Basqın zamanı həyəcan siqnalı verilməli və əlavə naryad çağırılmalıdır. Hücum edənlər qonşu kameraları açmağa cəhd etdikdə, polis dərhal müdaxilə etməlidir. Girov götürmə və silah əldəetmə hallarına qarşı xüsusi tədbirlər görülməlidir. MSY rəhbəri vəziyyəti düzgün qiymətləndirərək mühafizəni gücləndirməlidir. Hücum təşkil edən şəxslər təcrid edilməli və onlara qarşı qanuni tədbirlər görülməlidir. Xaricdən edilən hücumlar zamanı polis qüvvələri dərhal məlumatlandırılmalıdır. Basqınla bağlı toplanmış məlumatlar yazılı şəkildə sənədləşdirilməlidir.