Nikol Paşinyan Katolikos II Qareginin subaylıq andını pozub-pozmadığı sualına dərhal cavab tələb edir.
Heftelik.az-ın məlumatına görə, Ermənistanın Baş naziri bu barədə “Facebook” səhifəsində yazıb.
Nikol Paşinyan qeyd edib ki, Eçmiədzin II Qareginin subaylıq andını pozduğunu və uşağı olub-olmadığını dərhal aydınlaşdırmalıdır: “Bu məsələ təcili şəkildə aydınlaşdırılmalıdır”.
Qeyd edək ki, Nikol Paşinyan ötən gün deyib ki, II Qareginin övladı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz.