Lerikdə itkin kimi axtarılan 35 yaşlı şəxsin meyiti tapılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Lerik rayon sakini 1990-cı il təvəllüdlü Şahin Musa oğlu Şərifovun meyiti “Burzubənd” adlandırılan ərazidə, körpünün yanında aşkarlanıb.

Qeyd edək ki, Şahin Şərifov 3 gündür itkin kimi axtarılıb.