Müşayiət edilən şəxslərin sayına uyğun olaraq müşayiətçilərin sayı təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
1-2 nəfərə 2-3 müşayiətçi, 3-6 nəfərə 3 müşayiətçi ayrılır. Daha çox şəxsin müşayiət edilməsi üçün əlavə müşayiətçilər təyin olunur. 21-28 nəfər üçün 7 müşayiətçi ayrılır və hər sonrakı 5 nəfərə əlavə 1 müşayiətçi verilir. Əgər müşayiət dəstəsində 5 və daha çox müşayiətçi varsa, dəstəyə rəis müavini təyin edilir. Xüsusi təhlükə olduğu hallarda gücləndirilmiş müşayiət dəstəsi yaradılır. Bu zaman orta rəis heyətindən rəis təyin edilir. Xidməti itin daxil edilməsi də müşayiət zamanı icazə verilən tədbirlərdəndir.