Polis orqanının rəisi tərəfindən təsdiq olunmuş cədvəl əsasında naryadların təlimatlandırılması həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Təlimatın müddəti 30 dəqiqədən artıq olmamalıdır. Təlimat keçirilərkən naryadın hər bir üzvünə qarşısında konkret vəzifələr qoyulur. Rabitə əlaqəsi və qarşılıqlı əlaqə qaydaları izah edilir. Təhlükəsizlik tədbirləri və fövqəladə halların qarşısının alınması tədbirlərinə diqqət yetirilir. Təlimatlandırma zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin mühafizə və müşayiət olunması haqqında məlumat verilir. Keçən gün ərzində xidmətin nəticələri elan edilir və yol verilmiş nöqsanlar araşdırılır. Naryadın xidmətə hazırlığı və təchizatı yoxlanır.